“Avrora”ya işçi tələb olunur

Avrora

Aparıcı maliyyə analitiki

Son tarix 18 okt 2024 – [email protected]

  Əsas vəzifə öhdəlikləri:

  • Gəlir və xərc maddələrini təhlil edir;
  • Satışın effektivlik analizini aparır;
  • Maya dəyəri analizini aparır;
  • Mənfəətlilik hesabatını hazırlayır və analiz edir;
  • Threshold-lar üzrə analizləri aparır;
  • Mənfəət/zərər və balans hesabatı maddələri üzrə əmsal analizlərini aparır;
  • Debitor, Kreditor, İnventar və başqa balans hesab maddələrinin analizlərini aparır;
  • Fakt və büdcə üzləşmələrini aparır;
  • İnvestisiya layihələri üzrə fakt və büdcə üzləşmələrinin və ilkin büdcənin təsdiqi üzrə analizləri aparır;
  • Dövriyyə kapitalı üzrə analizləri aparır;
  • Satış və kassa planlarının plan/fakt analizini aparır;
  • Proqnoz və plan hesabatlarını hazırlayır.

Tələb olunan bilik və bacarıqlar:

  • ACCA üzrə FA, FR, MA imtahanlarından müvəffəqiyyətlə keçmək üstünlükdür;
  • Analitik bacarıqlar;
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyətqurma bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali;
  • Maliyyə, Hesabatlılıq və ya Maliyyə analizi istiqamətləri üzrə 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyinin yaxşı səviyyədə olması;
  • Kompüter bilikləri: MS Office proqramları ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç., 46C.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Aparıcı maliyyə analitiki”yazaraq qeyd edilmiş e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.