Aİ nəhəng çip şirkətini 238,7 milyon avro cərimələdi

Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi Aİ Komissiyasının “Qualcomm” çip şirkətinə qarşı təyin etdiyi cəriməni azaltsa da, qəbul edib.

İndex.az xəbər verir ki, Aİ-nin Baş Məhkəməsinin qərarı ilə “Qualcomm” çip şirkəti 238,7 milyon avro cərimələnib.

Aİ Komissiyasının təyin etdiyi cərimə isə 242 milyon avro idi.

2019-cu ildə Aİ Komissiyası çip istehsalçısı “Qualcomm”u 2009-2011-ci illərdə məhsulları maya dəyərindən aşağı sataraq rəqabət qaydalarını pozduğuna görə 242 milyon avro cərimələyib.

“Qualcomm” cəriməyə qarşı məhkəmə prosesi başlatdı.