NASA gələcək üçün narahatdır – SƏBƏB

Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) üçün gələcək qaranlıq görünür.

İndex.az xəbər verir ki, investisiya və rəqabətin olmaması NASA-nın getdikcə zəifləməsinə səbəb olur.

Hesabatda qeyd edilir ki, NASA uzunmüddətli planları və əməliyyatları üçün adekvat maliyyə təminatını təmin etməkdə çətinlik çəkir .

Xüsusilə aviasiya və mülki kosmik tədqiqatlar sahəsində milli marağın azalması bu vəziyyəti daha da pisləşdirir.

NASA-nın etiraf etdiyi bu problem agentliyin öz missiyalarını davam etdirmək üçün lazım olan resursları təmin etməsinə mane olur.