Mussolininin nəvəsi hakim partiyanı ifrat sağçı adlandıraraq tərk etdi

İtaliyanın keçmiş faşist diktatoru Benito Mussolininin nəvələrindən biri olan Rachele Mussolini vətəndaş hüquqları məsələlərində tənqid etdiyi ifrat sağçı hakim “İtaliya Qardaşları” partiyasını tərk edib.

İndex.az xəbər verir ki, Mussolini “Haydi İtaliya” partiyasına onun “mötədil və mərkəzçi həssaslıqlarına” daha yaxın olduğu səbəbi ilə keçdiyini açıqladı.

Qeyd edək ki, Mussolini baş nazir Giorgia Meloninin ifrat sağçı partiyasından Roma Şəhər Şurasının üzvü idi. 50 yaşlı Rachele Mussolini 2021-ci ildə keçirilən yerli seçkilərdə paytaxtda ən çox imtiyazlı səs toplayan namizəd kimi bələdiyyəyə seçilib.

Mussolini ailəsinin və partiyasının faşist keçmişindən uzaqlaşmağa çalışan açıqlamaları ilə zaman-zaman xəbərlərin mövzusu olub. Məsələn, o, “İtaliya Qardaşları”nın mübahisəli alov simvolunun neofaşist əlaqələri olduğunu əsas gətirərək onlara qarşı çıxdı. O, partiya üzvləri və tərəfdarları arasında faşist salamı verənlərin olmasını da tənqid edib.