Asiya bazarları ucuzlaşıb

İnvestorların Cənubi Koreyanın işsizlik məlumatlarını və ABŞ-da prezidentlik üçün gedən yarışı qiymətləndirməsi Asiya bazarlarının ucuzlaşmasına səbəb olub.

İndex.az xəbər verir ki, Yaponiyanın “Nikkei 225” birjası 0,72%, “Topix” birjası isə 0,84% azalaraq, altı günlük itirmə seriyasını davam etdirib.

Cənubi Koreyanın “Kospi” birjası 0,2% azalarkən, “Kosdaq” birjası 1,61% yüksəlib.

Avstraliyanın “S&P/ASX 200” birjası isə 0,24% ucuzlaşıb.

Honkonqun “Hang Seng” birjası 1,2%, Çinin “CSI 300” birjası isə cüzi dəyər itirib.

Yapon yeni ABŞ dollarına nisbətdə 141,68 səviyyəsində ticarət edilib ki, bu da yanvar ayından bəri ən yüksək səviyyədir.