İndiyə qədər Azərbaycan ərazisində 100 637 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.
İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15,6 milyard manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,2% çoxdur.
“Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”, – deyə məlumatda qeyd olunub.