Qızılın qiyməti 2500 dollara çatsa da, ABŞ-da açıqlanın iqtisadi məlumatlardan sonra ardıcıl olaraq ikinci gün də ucuzlaşıb.
İndex.az xəbər verir ki, qızıl həftənin ikinci ticarət günündə bir unsiya üçün 2 min 495 dollara satılıb.
Cümə günü ABŞ-da açıqlanacaq əmək haqqı hesabatı FED-in uçot dərəcələrini nə qədər tez azaldacağı barədə fikirləri dəqiqləşdirəcək.
Zəif əmək bazarı, ehtimal ki, daha aqressiv yumşalma gözləntilərini artıracaq.