İspaniya turizm gəlirlərində yeni rekord qırıb.
İndex.az xəbər verir ki, yanvar-iyul aylarında İspaniyaya gələn turistlərin sayı 53 milyon 370 min nəfər olaraq hesablanıb.
Turizm gəliri isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,6% artaraq 71 milyard avronu keçib.
Açıqlamada təkcə iyul ayında İspaniyaya 10 milyon 900 min turistin gəldiyi paylaşılıb.