“Yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalının açılması gözlənilir. Layihəni Özbəkistan şirkəti həyata keçirir”.
İndex.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə baş tutan Özbəkistan-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən digər layihələrdən də söz açan nazir özbək xalqının hədiyyə etdiyi — Füzuli şəhərində ötən il istifadəyə verilən Mirzə Uluqbəy adına məktəbə görə minnətdarlığını bildirib.