Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb

Avqustun 17-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

İndex.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, düşən yağıntının miqdarı Balakəndə 10 mm, Lerikdə 9 mm, Zaqatala, Göygöldə 8 mm, Mingəçevirdə 7 mm, Astarada 4 mm, Şahdağ, Qrız, Gədəbəy, Oğuz, Şəki, Qobustan, Lənkəran, Qəbələ, Xaltan, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Gəncə, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Qax, Füzulidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Avqustun 16-da şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.

Naftalan, Gəncə, Şəmkir, Daşkəsən, Goranboy, Göygöl, Ağdam, Balakən, Qax, Şəki, Lerik, Şahdağ, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, aran rayonlarında 29, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.