Yaponiyanın dağılmış Fukusima Daiiçi Atom Elektrik Stansiyasında baş verən hadisələr narahatlıq doğurur.
İndex.az xəbər verir ki, zavodun operatoru olan “Tokyo Electric Power” (TEPCO) şirkətinin məlumatına görə, zavodda yeni sızma aşkar edilib. Araşdırmalara görə, təxminən 25 ton radioaktiv suyun sızdığı bildirilir.
Məlumata görə, çirklənmiş su elektrik stansiyasının 2-ci blokun reaktor binasına qoşulmuş çəndən sızaraq reaktor binasının birinci zirzəmisində toplanıb. Bölgədə onsuz da mövcud olan çirkli suyun səviyyəsinin qalxmasına səbəb olan yeni sızmanın binadan kənara çıxmadığı və bu səbəbdən ətraf mühitə zərər vermədiyi vurğulanır.