Fransanın şimal-şərqində “Rafale” döyüş təyyarəsinin başqa bir döyüş təyyarəsi ilə toqquşması nəticəsində iki Fransız döyüş təyyarəsi pilotunun həyatını itirdiyi bildirilib.
İndex.az xəbər verir ki, Fransa Müdafiə Nazirliyindən verilən açıqlamada, çərşənbə günü Kolombe-les-Belle şəhəri yaxınlığındakı Vosges bölgəsində döyüş manevri zamanı iki təyyarənin toqquşduğu bildirilib. Digər təyyarənin pilotu təyyarədən atılıb və yüngül xəsarət alıb.
Ölən pilotların təlim missiyasında olan təlimatçı və kursant olduğu açıqlanıb. Qəzanın səbəbləri ilə bağlı hərbi və məhkəmə istintaqı davam edir.
“Rafale” təyyarələrindən birinin pilotu qəzadan qısa müddət sonra sağ tapılıb, lakin digər reaktiv təyyarənin iki pilotunu tapmaq üçün hüquq-mühafizə qüvvələrinin meşə ərazisində bir neçə saatlıq axtarışları aparılıb.
Fransa prezidenti Emmanuel Makron X hesabında paylaşım edərək həyatını itirən pilotlara başsağlığı verib.