“Unibank”da yeni təyinat olub – FOTO

Unibank” KB yeni strategiyasına uyğun olaraq ilin əvvəlindən etibarən biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmaqda davam edir. Biznes üzrə inkişaf templəri ümumi portfelin həcmində biznes kreditlərinin artımında da özünü göstərir.

Bankda bu günlərdə Mikro kreditləşmə sahəsinin satış Mərkəzinin yaradılması isə “Unbank”ın biznes məhsulları və xidmətlərinin mikro və kiçik sahibkarlar üçün daha da əlçatan olmasına imkan verəcək. Bank rəhbərliyinin qərarı ilə Bəxtiyar Bəxtiyarov yeni yaradılan Mərkəzin rəhbəri təyin edilib.

Qeyd edək ki, Bəxtiyar Bəxtiyarov bankçılıq sektorunda 17 ilə yaxındır ki fəaliyyət göstərir. Bu təyinatadək o,  Accessbankda müxtəlif vəzifələrdə, son olaraq filial müdiri vəzifəsində çalışıb.

Bəxtiyar Bəxtiyarov yerli və bir sıra nüfuzlu xarici universitetlərdə təhsil alıb. Türkiyənin Boğaziçi Universitetində Mini MBA təhsilini bitirib.