Sentyabrın 17-də, saat 12:00-da “Bank Respublika” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İndex.az rəsmi mətbuata istinadən xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə “Bank Respublika”nın 2024-cü ilin I yarısının yekunları ilə bağlı kənar auditor yoxlamasının nəticələrinin müzakirə edilməsi və Bankın Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi məsələləri daxildir.