Sentyabrın 12-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İndex.az rəsmi mətbuata istinadən xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə “Kapital Bank”ın Müşahidə Şurasının tərkibinin yenilənməsi məsələsi daxildir.