Azərbaycanda qapı və pəncərə materiallarının istehsalı ilə məşğul olan “Klaus Place” MMC Macarıstana, Almaniyaya və Çex Respublikasına məhsul ixrac etməyə hazırlaşır.
İndex.az xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şirkətin direktoru Mübariz Cavad deyib.
Onun sözlərinə görə, bunun üçün artıq bir sıra görüşlər keçirilib. Hazırda isə Gürcüstana və Türkmənistana məhsul ixracı həyata keçirilir.
“Bizim məhsullar keyfiyyətinə görə Avropa məhsulları ilə yarışa girə bilir” deyən M.Cavadın sözlərinə görə, qapı və pəncərə istehsalı üçün tələb olunan xammalı Rusiya və Türkiyədən aldıqları xam maddəyə müxtəlif inqrediyentlər qatmaqla əldə edirlər: “Qapı, pəncərə sexləri olan sahibkarlar bizdən 6 metrlik materialı alır və ondan qapı, pəncərə hazırlayaraq satırlar. 9 illik fəaliyyətimizin 6 ilində həm də ixracla məşğul olmuşuq. İlk dövrlərdə daxili tələbatımızı ödəmək üçün çalışdıq, ondan sonra isə xarici bazarlara üz tutduq”.