Keçən həftə 0,5% dəyər itirən qızıl, ABŞ-da açıqlanacaq məlumatlardan sonra müsbətə doğru meyl etməyə başlayıb.
İndex.az xəbər verir ki, qızıl həftənin ilk ticarət günündə bahalaşaraq bir unsiya üçün 2 min 436 dollara satılıb.
Qızıl bu həftə ABŞ-da açıqlanacaq mühüm məlumatlar ərəfəsində müsbət olaraq qalsa da, investorlar bunu tam ayrı tərəfdən dəyərləndirib.
Belə ki, investorlar daha çox FED-in tezliklə monetar ekspansiyaya keçmə şansının olub-olmadığına diqqət yetirdilər.