Çinin tədiyə balansında birbaşa investisiya öhdəlikləri kəskin azalıb

Xarici investorlar, Çinə qarşı yaranmış bədbinlik səbəbindən aprel-iyun dövründə ölkədən rekord kapital axını həyata keçiriblər.

İndex.az xəbər verir ki, Çinin Milli Xarici Valyuta Administrasiyasının (SAFE) məlumatlarına görə, Çinin tədiyə balansında birbaşa investisiya öhdəlikləri cari ilin ikinci rübündə təxminən 15 milyard dollar azalaraq ardıcıl ikinci dəfə mənfi olub.

Beləliklə, birbaşa investisiyalar ilk 6 ayda təxminən 5 milyard dollar azalıb.

Əgər azalma ilin qalan hissəsində də davam edərsə, bu, məlumatların hesablanmağa başlandığı 1990-cı ildən bəri ilk dəfə illik xalis axın qeydə alınacaq.