Türkiyə hökuməti illik 1 milyona yaxın elektrik avtomobili istehsal etmək niyyətindədir.
İndex.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O bildirib ki, illik istehsalı 1 milyon ədədə çatdırmaq üçün 5 milyard dollar dəyərində elektrikli avtomobil stimullaşdırıcı paketi işə salınıb.
O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan Çinin BYD şirkəti ilə 1 milyard dollardan çox məbləğdə müqavilə imzalayıb.
“Digər şirkətlərlə danışıqlarımız davam edir”, – Türkiyə prezidenti qeyd edib.
BYD ilə müqavilə Türkiyədə ildə 150 min elektromobil və hibrid avtomobil istehsal gücünə malik zavodun açılmasını nəzərdə tutur.