“Rabitəbank”ın səhmdarları yığışacaq

İyulun 24-də, saat 17:00-da “Rabitəbank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 33 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə yaradılmasına, tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti Müşahidə Şurasına həvalə edilmiş idarəetmə orqanları istisna olmaqla, kredit təşkilatının digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrinin yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”nın tələblərinə uyğun təsdiq edilməsi, eləcə də təşkilati və cari məsələlər daxildir.