Rusiya Mərkəzi Bankı bu il ilk dəfə olaraq uçot dərəcəsini artırıb.
İndex.az xəbər verir ki, bank uçot dərəcəsini iki bənd artıraraq 18%-ə çatdırıb.
İqtisadçıların gözləntisi uçot dərəcəsinin bu səviyyəyə qaldırılacağı idi.
Qərar mətnində səlahiyyətlilər, gələcək görüşlərdə daha da faiz artımının zəruriliyini qiymətləndirəcəklərini bildiriblər.