İsrailin baş naziri Benyamin Netanyahu ötən çərşənbə günü ABŞ Konqresində çıxış edib.
İndex.az xəbər verir ki, ABŞ və İsrail dostluğunu tez-tez vurğuladığı çıxışında Netanyahu ABŞ Konqresi üzvləri tərəfindən tez-tez alqışlarla qarşılanıb.
Lakin yəhudi əsilli və ABŞ Konqresinin ən gənc nümayəndələrindən biri olan Sara Cozefina Ceykobs Netanyahunun Konqresdəki çıxışına qatılmayıb.
ABŞ-ın MSNBC xəbər təşkilatında məqalə dərc edən Jacobs, yəhudi inancına görə Netanyahunun çıxışına qatılmadığını bildirib.
X platformasındakı yazısına məqaləsini də əlavə edən Jacobs deyib: “Yəhudi tərbiyəsi və dəyərlərimə görə bu gün Baş nazir Netanyahunun çıxışına qatıla bilməyəcəm”.
Jacobs, İsrailin hücumlarının miqyası səbəbiylə özünü narahat hiss etdiyini də dilə gətirib: “Mən Netanyahunun Konqresdəki çıxışına vicdanım rahat qatıla bilməzdim”.