“Azərbaycan Sənaye Bankı” (ASB) 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə ASB-nin depozit portfeli 1.198 milyon manat azalaraq 435.426 milyon manata enib.
2023-cü ilin 2-ci rübündə bu göstərici 436.624 milyon manat idi.
Cari ilin 2-ci rübündə fiziki şəxslərin banka qoyduğu depozitlər 18.356 milyon manat azalaraq 299.426 milyon manat olub.
Ötən ilin 2-ci rübündə hüquqi şəxslərin banka qoyduğu depozitlər 118.841 milyon manat olduğu halda, 2024-cü ilin 2-ci rübündə bu göstərici 17.158 milyon manat artaraq 135.999 milyon manat olub.
Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112.279 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Gozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.