Biznes sahibləri üçün faydalı imkanlar yaradan “Birbank Biznes”in əlverişli tarifi “Maestro” müştərilərinə sərfəli təkliflər təqdim etməyə davam edir. Belə ki, ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilirlər. Hazırda isə tarifə daha bir əməliyyat əlavə edilib.
24 iyul 2024-cü il tarixindən etibarən “Maestro” tarifinə qoşulan hər bir sahibkar seçim zamanı POS (terminal) əməliyyatlarını da ala bilər. Bu isə biznes sahiblərinə bank xərclərinə standart tarifə nisbətən orta hesabla 65%-dək endirim almaq imkanı yaradır.
Ətraflı məlumat üçün: https://kbl.az/bbprmp
“Birbank Biznes” müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən “Birbank Biznes” sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.