Çin Xalq Bankı Orta Müddətli Kreditlərin uçot dərəcəsində gözlənilməz endirim edib.
İndex.az xəbər verir ki, bankdan verilən açıqlamaya görə, Çin Xalq Bankı Orta Müddətli Kreditlərin uçot dərəcəsini 20% azaldaraq 2,30%-ə endirib və bu dərəcə ilə 200 milyard yuan (27,5 milyard dollar) məbləğində bir illik kredit verib.
Çin Xalq Bankı həmçinin 1,7%-ə endirilmiş uçot dərəcəsi ilə 235,1 milyard yuan məbləğində yeddi günlük tərs repo həyata keçirib.