ABŞ Ticarət Departamenti mal ticarəti balansı, topdan və pərakəndə satış ehtiyatları ilə bağlı iyun üzrə məlumatları açıqlayıb.
İndex.az xəbər verir ki, iyun ayında ABŞ-da “əsas xarici ticarət kəsiri” olaraq adlandırılan mal ticarəti kəsiri may ayına nəzərən iyun ayında 2,5% azalaraq 96,8 milyard dollar olub.
Bazar gözləntiləri ABŞ-ın mal ticarəti kəsirinin bu dövrdə 98,7 milyard dollar olacağı idi.
May ayında mal ticarəti kəsiri 99,4 milyard dollar olub.