“Bank of Baku” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, 2024-cü ilin 2-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə “Bank of Baku”nun həm faiz gəliri, həm də faiz xərcləri artıb.
Belə ki, cari ilin 2-ci rübündə “Bank of Baku”un faiz gəlirləri 72.872 milyon manat təşkil edib.
2023-cü ilin 2-ci rübündə bankın faiz gəlirlərinin 61.170 milyon manat olduğunu nəzərə alsaq, 11.702 milyon manatlıq artımın olduğunu görərik.
“Bank of Baku”nun faiz xərcləri isə 2024-cü ilin 2-ci rübündə 8.485 milyon manat artaraq 27.061 milyon manat təşkil edib.
Ötən ilin eyni dövründə bankın faiz xərcləri 18.576 milyon manat olub.
Xatırladaq ki, “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 52.870 milyon manatdır. Bankın səhmlərinin 35%-i “NAB Holding”ə, 31.11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin İsayevə məxsusdur.