Rusiya-Ukrayna müharibəsindən sonra Qərbin maliyyə sanksiyaları ilə üzləşən Rusiyanın Türkiyə, Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi əsas kommersiya tərəfdaşları ilə əməliyyatları əhəmiyyətli dərəcədə yavaşlayıb.
İndex.az xəbər verir k, öilkə beynəlxalq ödənişlərdə kriptovalyuta əməliyyatlarının istifadəsinə yol açan tənzimləmə ilə bu problemi aradan qaldırmağa çalışır.
“Reuters” xəbər agentliyinin məlumatına görə, reqlamentin iyulun 23-də Rusiya parlamentinə təqdim ediləcəyi gözlənilir.
Bundan əvvəl bir qiymətləndirməni paylaşan Rusiya Maliyyə Monitorinqi Xidməti ölkənin kriptovalyuta ödənişləri üçün infrastruktur işlərini sürətləndirməli olduğunu açıqladı. Bunu edərkən risklərin də nəzərə alınmasının vacibliyi vurğulanıb.