Gömrük Komitəsinin xətti ilə büdcəyə 3 milyard manatdan çox vəsait daxil olub

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin xəttilə büdcə daxilolmaları 3 milyard 252,2 milyon manat olub.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxkdur.

Hesabat dövründə gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları ümumi daxilolmaların 17,3 %-ni, dövlət büdcəsinin qeyri-neft/qaz sektoru üzrə daxilolmalarının isə 32,4 %-ni təşkil edib.