“Bank of Baku”nun aktivlərinin həcmi 950 milyon manatı ötüb – HESABAT

“Bank of Baku” 2024-cü ilin 2-ci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

İndex.az xəbər verir ki, “Bank of Baku”nun aktivləri ötən ilin 2-cü rübü ilə müqayisədə 156.680 milyon manat artaraq 951.090 milyon manata yüksəlib.

Qeyd edək ki, 2023-cü ilin 2-ci rübündə bankın aktivləri 794.410 milyon manat təşkil edib.

Xatırladaq ki, “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə fəaliyyətə başlayıb.

Onun nizamnamə kapitalı 52.870 milyon manatdır.

Bankın səhmlərinin 35%-i “NAB Holding”ə, 31.11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin İsayevə məxsusdur.