“Express Bank”a işçilər tələb olunur

Express Bank

Universal bank işçisi (Lənkəran filialı)

Son tarix 09 avq 2024 – Müraciət et

Təsvir:

  • Filiala yaxınlaşan müştərilərin bankdaxili qaydalara uyğun olaraq qəbul edilməsi;
  • Kredit və Qeyri kredit məhsullarinın satışının həyata keçirilməsi;
  • Müqavilənin şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsini istiqamətində iş aparır;
  • Müştərilər tərəfindən təqdim olunan ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatları həyata keçirir;

Tələblər:

  • Təhsil: Ali (İqtisadi);
  • Məsuliyyətlilik;
  • Universal və ya kredit sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir;
  • Detallara diqqət yetirmə və kredit sifarişlərinin düzgün təhlil etmə bacarığı.

Mikro kreditlər üzrə kiçik mütəxəssis (Lənkəran filialı)

 Son tarix 09 avq 2024 Müraciət et

Təsvir:

  • Kredit bazarını təhlil edir  və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
  • Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
  • Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
  • Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa  təqdim edir;
  •  Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.

Tələblər:

  • Ali təhsil;
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis/böyük mütəxəssis (Lənkəran filialı)

 Son tarix 09 avq 2024 Müraciət et

Təsvir:

  • KOB müştərilərin Banka cəlbinin və məhsul satışının həyata keçirilməsi;
  • Potensial müştərilərlə aparılan görüşlərin və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeydinin aparılması;
  • Biznes məhsullar üzrə sifarişlərin qəbul edilməsi, müvafiq sənədləri toplanması;
  • Müvafiq limit çərçivəsində sifarişlərin təhlil edilməsi;
  • Müştərilərin öhdəliklərinin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
  • Mövcud müştəri portfelinə gündəlik nəzarət;
  • Aylıq satış planlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə ən az 6 ay iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti, rus/ingilis dili bilməsi arzuolunandır;
  • Ünsiyyət qurma və komandada işləmək bacarıqları.

Mikro kreditlər üzrə qrup rəhbəri (Lənkəran filialı)

 Son tarix 09 avq 2024 Müraciət et

Təsvir:

  • Mikro kreditlərə dair prosedurların və daxili normativ sənədlərin icrasına nəzarət edir;
  • Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkil və icra olunmasına nəzarət edir;
  • Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət edir;
  • Müvafiq Kredit Komitəsinə təqdim olunan mikro kredit sifarişlərinin təhlilində, müzakirələrdə iştirak edir və öz rəyini verir;
  • Filialın mikro kreditlər portfelini təhlil edir, müvafiq hesabatları hazırlayır və portfelə nəzarət edir;
  • Mikro kredit sahəsində çalışan filialdakı qrup əməkdaşlarının işgüzar fəallığının gündəlik qiymətləndirilməsini aparır və bununla bağlı hesabatlar (həftəlik) hazırlayır;
  • Mikro kredit sahəsi üçün təcrübəcilərin hazırlanmasında iştirak edir;
  • Bankın normativ aktları və sərəncam xarakterli sənədlərinə müvafiq olaraq digər funksiyaları yerinə yetirir.

Tələblər:

  • Ali təhsil;
  • Kredit sahəsində 4 ildən çox iş təcrübəsi;
  • Təhliletmə bacarığı, idarəetmə qabiliyyəti;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Kassa müdiri-Baş kassir (Lənkəran filialı)

 Son tarix 09 avq 2024 Müraciət et

Təsvir:

  • Kassanın işçilərinə rəhbərlik edir, onların iş həcmini təhlil edir və iş bölgüsünü aparır;
  • Müştərilərə xidmət göstərilməsini təmin edir, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxili və məxaricini həyata keçirir;
  • Xəzinəyə daxil olan və çıxan vəsaitlərin əməliyyatlarını aparır və nəzarət edir;
  • Gündəlik nağd manat ve valyuta ehtiyyacının müəyyən edilməsində iştirak edir;
  • Xəzinədə olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada mühafizəsinin təşkil edilməsində iştirak edir;
  • Valyuta mübadiləsi əməliyyatlarını həyəta keçirir;
  • Xəzinədə olan qiymətlilərin qorunmasına və düzgün istifadəsinə görə cavabdehlik daşıyır.

Tələblər:

  • Təhsil: Maliyyə sahəsi üzrə Bakalavr və ya Magistr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük verilir
  • Valyuta bazarı və Törəmə alətləri, yerli və Beynəlxalq Bazarlar üzrə peşəkar biliklər.
  • Məsuliyyətli, detallara diqqət yetirməli;
  • Azərbaycan dilində səlis yazmaq və danışmaq qabiliyyəti, rus dili biliyi arzuolunandır;

Əməliyyatlar üzrə nəzarətçi (Lənkəran filialı)

 Son tarix 09 avq 2024 Müraciət et

Təsvir:

  • Kredit və qeyri-kredit sahəsi üzrə əməliyyatların qaydalara uyğunluğunun yoxlanılması və avtorizasiya edilməsi;
  • Kredit və qeyri-kredit sahəsi üzrə icra olunan əməliyyatlara dair sənədlərin qovluq halında saxlanması;
  • Müştərilərə məktubların göndərilməsi və s. sənədləşdirmə işinin təşkili.

Tələblər:

  • Təhsil: Ali (İqtisadi);
  • Kredit və ya əməliyyat sahəsi üzrə azı 1 il təcrübə;
  • Bank qanunvericiliyinə aid təlimatlara dair biliklər;
  • Məsuliyyətlilik;
  • Detallara diqqət yetirmə.

Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Lənkəran filialı)

 Son tarix 09 avq 2024 Müraciət et

Təsvir:

  • Kredit bazarını təhlil edir  və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
  • Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
  • Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
  • Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa  təqdim edir;
  •  Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.

Tələblər:

  • Ali təhsil;
  • Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Kassir-əməliyyatçı (Lənkəran filialı)

 Son tarix 09 avq 2024 Müraciət et

Təsvir:

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Kassa sənədlərinin Mərkəzi Bankın qaydalarına uyğun olaraq tərtib və təmin edilməsi;
  • Qaydalara uyğun valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək;
  • Mərkəzi Bankdan ,filiallardan və ödəniş terminallarından inkassasiya olunan nağd vasitələri qəbul etmək;
  • Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
  • Təcili pul köçürmə əməliyyatlarını həyata keçirmək;
  • Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Müvafiq sahə üzrə iş təcrübəsi minimum 6 ay;
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.