“Bayern Münhen” 59 milyon avroluq transferini açıqlayıb

Almaniya Bundesliqa nəhəngi “Bayern Münhen” İngiltərə Premyer Liqasında çıxış edən “Kristal Palas”da çıxış edən 22 yaşlı cinah yarımmüdafiəçisi Mixael Oliseni heyətinə qatıb.

İndex.az xəbər verir ki, gənc ulduzla 30 iyun 2029-cu ilə qədər qüvvədə olan 5 illik müqavilə ilə bağlı razılığın əldə olunduğu açıqlanıb.

Digər tərəfdən, Alman mətbuatında yer alan iddialara görə, “Bayern Münhen”, Olise üçün “Kristal Palas”a bonuslar daxil olmaqla 59 milyon avroluq transfer haqqı ödəyəcək.