Milli Komanda Avstriyanı məğlub edərək 1/4 finala yüksəldikdən sonra Arda Gülər matçla bağlı önəmli açıqlamalar verib.
İndex.az xəbər verir ki, qələbə qazandıqları üçün çox xoşbəxt olduqlarını bildirən Gülər, komandanın meydandakı çıxışını yüksək qiymətləndirib.
“İnanılmaz bir axşam oldu. Bütün xalqımızı sevindirdiyimiz üçün daha da xoşbəxtik. Qalib gəlmək üçün hər şeyi ortaya qoyan bir komanda var idi”, – deyə Arda sevincini bölüşüb.
Son yoldaşlıq görüşündə Avstriya ilə pis nəticə əldə etdiklərini xatırladan gənc futbolçu bu görüşün revanş oyunu olduğunu bildirib: “Son matçdan sonra özümüzü toparladıq və bu gün burada qalib gələrək qisasımızı aldıq. Mən Berlini təsəvvür edə bilirəm. Bu yerləri gördükdən sonra orada da inanılmaz olacaq. Ümid edirəm ki, o matçda xalqımızı sevindirəcəyik”.