Futbolçular matçdan öncə niyə uşaqlarla meydançaya çıxır?

Futbol komandalarının milli və beynəlxalq yarışlarda uşaqlarla meydana çıxdığını görürük. Bəs bu, nə vaxtdan ənənəyə çevrilib?

Futbolçuların lap əvvəldən meydançaya belə çıxdığını düşünürsünüzsə, yanılırsınız. Çünki bu ənənə müəyyən səbəbdən ənənəyə çevrilib.

İndex.az xəbər verir ki, futbolçuların meydanda uşaqlarla birlikdə iştirakı FİFA-nın UNİCEF ilə razılaşmasına əsaslanır.

İlk nümunə 1996-cı ildə “Liverpool” və “Everton” matçında görüldü. Xüsusən də AVRO-2002 dünya çempionatından sonra uşaqların meydançaya çıxarılması praktikası beynəlxalq miqyasda daha da geniş vüsət alıb.

FİFA və UNİCEF-in ortaqlığı ilə həyata keçirilən “Uşaqlara Hə Deyin” kampaniyası hər bir futbolçu ilə bir uşağın meydançaya çıxmasının rəmzi olan hərəkət kimi diqqəti daha çox cəlb etməyə başlayıb.

Səbəb isə uşaq hüquqlarına diqqət çəkmək olub.

Bu kampaniya uşaqların təhsil və sağlamlıq hüquqlarını vurğulamaqla yanaşı, uşaqların həyatını yaxşılaşdırmaq üçün qlobal icmaların bir araya gəlməsinə çağırış idi.

Digər tərəfdən, futbol meydançasında zorakılığın qarşısını almaq üçün uşaqlarla mərasimə gedilir. Böyük matçlar öncəsi mərasimə çıxan uşaqların təsiri altında oyunçuların buna uyğun hərəkət etmələrini hədəfləyir.

Bu gün də bir ənənə olaraq yaşadılan bu əməl əslində çox yaxşı bir məqsədə xidmət edir.