“Veysəloğlu Şirkətlər Qrupu” işçilər axtarır – VAKANSİYALAR

Veysəloğlu Şirkətlər Qrupu

Sistem İnfrastrukturu Şöbə Müdiri

Son tarix 25 iyl 2024 – [email protected]

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə işini təşkil edib, işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
  • Bulud və Lokal informasiya sistemlərini, servislərini quraşdırmaq və köklənməsi işini təşkil etmək.
  • Əlaqəli İT layihələrdə iştirak etmək, server infrastrukturunun, informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər vermək.
  • Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq etmək.
  • Serverlərinin sayının, yerləşməsinin, əməliyyat sistemlərinin optimallaşmasının, effektivliyinin və səmərəliliyinin artırılması, təmini üzrə təkliflər vermək.
  • Şirkətdə kritik serverlərin və informasiya resurslarının müəyyən edilməsi və təsnifləşdirilməsi üzrə təkliflər vermək.
  • Serverlərin təhlükəsizlik standartlarına uyğun dəstəklənməsi işində iştirak etmək
  • Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılması prosesini təşkil etmək.
  • Serverlər və informasiya resurslarında risklərin qiymətləndirilməsi prosesində iştirak etmək.
  • İT İdarəçilik üzrə qayda və prosedurları işində tətbiq etmək.
  • Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak etmək.
  • Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavablandırmaq
  • Şöbənin məsuliyyət zonasına düşən sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək.
  • Şöbə əməkdaşlarının vəzifə təlimatına əsasən funksiyalarının icrasına nəzarət etmək.
  • Şöbə əməkdaşlarının təlimini, maarifləndirilməsini və peşəkarlıqlarının artırlmasını təşkil etmək.

Tələblər:

  • Windows Server sistemləri və Servisləri üzrə biliklər:
  • Active Directory, IIS, WSUS, DNS, DHCP, Failover Cluster, PKI, ADFS, File Server, DFS, RDS, WDS, NPAS, ADCS və s.
  • Linux Əməliyyat sistemləri və Servisləri üzrə biliklər
  • Cloud Sistemləri üzrə biliklər:
  • Azure Active Directory, Azure RBAC, VM, NSG, Monitoring, Log Analytics, Automation, Web Apps, Application Gateway, Azure Advisor, Azure Conditional Access və s.
  • Microsfot 365 üzrə biliklər:
  • Exchange Online, Sharepoint, Security and Compliance, One Drive, Teams
  • Virtuallaşdırma üzrə biliklər:
  • VMware – ESXI, DSW, SW, Cluster, HA, SRM (Disaster Recovery)
  • Fiziki resurslar üzrə biliklər:
  • Fiziki Server, Storage, SAN Switch, Cluster, HA
  • Scripting üzrə biliklər:
  • Powershell Scripting

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sistem infrastrukturu şöbə müdiri” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

Senior Auditor

 Son tarix 25 iyl 2024 – [email protected]

Öhdəliklər:

  • Audit layihəsinin icrasında birbaşa məsul şəxs qismində fəaliyyət göstərmək.
  • Audit subyektində maliyyə və əməliyyat risklərini, o cümlədən fırıldaqçılıq riskini qiymətləndirmək.
  • Audit layihəsinin əhatə dairəsini, audit proqramının hazırlanmasını və xətti rəhbərlə razılaşdırmaq.
  • Audit müşahidələrinin, risk göstəricilərinin, tövsiyyələrin təqdim olunduğu ilkin audit hesabatını hazırlamaq.
  • Tabeçiliyində olan daxili auditorlar tərəfindən həyata keçirilən işləri dövri olaraq yoxlamaq
  • Tabeçiliyində olan daxili auditorların fəaliyyətinin qiymətləndirilməsi və onların iş və bacarıqlarının təkmilləşdirilməsi üçün tövsiyyələr vermək
  • Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək
  • Nəzarət sistemlərində olan boşluqları müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək
  • Maliyyə hesabatlarının qəbul olunmuş standartlara və/və ya Qrupun uçot/hesabatlılıq qaydalarına uyğun hazırlanmasını yoxlamaq
  • Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək
  • Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək üzrə profilaktik və gündəlik işləri icra etmək.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Daxili və ya xarici audit, pərakəndə satış və istehsalat sektorlarında 3 il maliyyə, mühasibatlıq, büdcə  və hesabatlılıq təcrübəsi;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;    
  • Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
  • Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
  • Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.

Maraqlananlar vakansiya ilə bağlı CV-lərini “Senior Auditor” başlığı altında [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.