Türkiyədə illik inflyasiya 70%-ə çatıb

2022-ci ilin aprelində Türkiyədə illik inflyasiya 69,97 faiz təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, inflyasiya mart ayı ilə müqayisədə 7,25 faiz, ötən ilin dekabrından bəri isə 31,71 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (105,86 faiz), ərzaq (89,1 faiz) və mebel (77,64 faiz) bahalaşıb.

Mart ayında illik inflyasiya 61,1 faiz təşkil etmişdi.