İtaliyanın “Bertone” şirkəti brendin 110 illiyi şərəfinə GB110 superkarını təqdim edib.
Avtomobil plastik tullantılardan hazırlanmış sintetik yanacaqla işləyə bilən mühərriklə təchiz olunub. 5,2 litrlik V10 aqreqatı 1100 at gücü hasil edir.
İstehsalçı “Select Fuel” şirkəti ilə birgə polikarbonat materiallarının motor yanacağına çevrilməsi texnologiyasını işləyib hazırladığını bildirib. Yeni model belə yanacaqla işləyən ilk hiperkardır.
Avtomobil sıfırdan yüzə 2,79 saniyəyə sürətlənir, 200 km/saat sürətlənmə isə 4 saniyədən çox vaxt aparır. Eyni zamanda, hiperkarın 300 km/saata çatması 14 saniyə çəkir. Maksimal sürət 380 km/saatdan çoxdur. Mühərrik yeddi pilləli robot sürət qutusu və tam ötürmə sistemi ilə işləyir.
“Bertone GB110″un cəmi 33 nüsxəsinin istehsalı planlaşdırılır. Hiperkarın qiyməti açıqlanmayıb.