Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Horadiz-Ağbənd dəmir yolu xəttində tikinti işlərini sürətlə davam etdirir.

İndex.az ADY-yə istinadən xəbər verir ki, 104,7 km uzunluğunda dəmir yolunun tikintisi üzrə işlərin 56%-i tamamlanıb.

Məlumata görə, Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir.