Naxçıvan Muxtar Respublikasında ilk dəfə Muxtar Respublikanın Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə muxtar respublikasının 100 illik yubileyinə həsr olunmuş “Karyera sərgisi” keçirilib.
Ölkənin birinci bankı “Kapital Bank”ın da iştirak etdiyi tədbirdə 60-dan çox dövlət, özəl və qeyri-hökümət təşkilatları iştirak edib.
Sərgidə xüsusi stendi olan “Kapital Bank”ın əməkdaşları bankda işləmək istəyən namizədləri karyera imkanları və işə qəbul prosesi haqqında ətraflı məlumatlandırıblar. Namizədlər “Kapital Bank”ın stendində öz CV-lərini təqdim etmək və vakansiyalar haqqında daha ətraflı məlumat almaq imkanına sahib olublar. Bankın nümayəndələri gənclərə işə qəbul prosesində uğur qazanmaları üçün məsləhətlər verib və onların suallarını cavablandırıblar.
“Kapital Bank”ın Korporativ satışlar departamentinin Naxçıvan zonası üzrə meneceri Murad Sevdimalıyev sərgidə bankın iştirakının əhəmiyyətini vurğulayıb. “Biz Kapital Bank olaraq, hər zaman gənclərin karyera inkişafına dəstək olmağa hazırıq. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirilən bu karyera sərgisi gənclərin iş dünyası ilə tanış olması və peşəkar həyatlarına uğurlu başlanğıc etməsi üçün böyük bir fürsətdir”.
“Kapital Bank” bu tip əhəmiyyətli sərgilərdə iştirak etməklə regionun iqtisadi inkişafına və gənclərin peşəkar həyatlarına töhfə verməyə davam edəcək.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.