“Nurgun Holding”ə işçilər tələb olunur

Nurgun Holding

Kassir

Son tarix 03 iyun 2022 – [email protected]

Tələblər:

  • Ali təhsil;
  • Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
  • Microsoft Office programları üzrə biliklərə malik olmalı;
  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

İş barədə:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin  qəbul edilməsi;
  • Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin  nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.

CV göndərərkən mövzu qismində “Kassir” sözünün yazılması mütləqdir!

 

Auditor-Təftiş

Son tarix 03 iyun 2022 – [email protected]

 Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat);
  • Sahə üzrə min. 2 il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi;
  • MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı)
  • Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
  • Maliyyə bilikləri;
  • Yazılı hesabat tərtib etmək təcrübəsi;
  • Təhlil və analiz etmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Servis üzrə maliyyə sahəsində çalışmış şəxslərə üstünlük veriləcək;
  • İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
  • Yaş həddi: 28-35;

İş barədə:

  • Gündəlik cari nəzarəti həyata keçirmək;
  • Maliyyə və mühasibatlıq sahəsində nəzarətin həyata keçirilməsi;
  • Anbarlarda yoxlamaların, mal (ehtiyat hissələrin) qalıqlarının və avadanlıqların inventarlaşmasının aparılmasını təmin etmək;
  • Xəzinə qalıqlarının və sənədlərinin yoxlanışlarını həyata keçirmək;
  • Debitor və kreditor borc qalıqlarının təhlilinin aparılması;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
  • Yoxlanışlar zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
  • Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;

CV göndərərkən mövzu qismində “ Auditor ” sözünün yazılması mütləqdir!

 

Anbardar

Son tarix 03 iyun 2022 – [email protected]

İş barəsində:

  • Müvafiq sənədlər üzrə malların qəbulu və göndərilməsini təmin etmək;
  • Daxil olmuş malları yerləşdirmək və çeşidlərə ayırmaq;
  • Malların hərəkətinin operativ uçotunu aparmaq;
  • Lazımi malların daima stokda olmasına nəzarət etmək;
  • Stokda olmayan malların vaxtında sifarişini və təminatını həyata keçirmək;
  • Anbar sayımını həyata keçirmək;
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında ,dəqiq və məsuliyyətlə icra etmək;

Tələblər:

  • Ali təhsil;
  • Sürücülük vəsiqəsi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Operativ və dəqiq işləmək bacarığı;
  • Kompüterdə sərbəst işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
  • Avtomobil ehtiyyat hissələrində çalışanlara üstünlük veriləcək;
  • Dil biliyinin olması əlavə üstünlükdür;
  • Yaş həddi 25-35 arası.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni  mövzu yerinə “anbardar” yazmaqla göndərə bilərlər.