Arda Gülər ​​ən bahalı futbolçular siyahısında yer aldı

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ən bahalı 100 futbolçunu açıqlayıb.

İndex.az xəbər verir ki, siyahıda yeganə türk futbolçu “Real Madrid”də çıxış edən Arda Gülər ​​olub.

“Real Madrid” ilə ilk mövsümündə çempionluq qazanan və son həftələrdə vurduğu qollarla İspaniya mətbuatında manşet olan gənc ulduz siyahıda 90-cı yerdə qərarlaşıb. Ardanın transfer qiyməti 67,9 milyon avro olub.

Siyahının ilk 15-liyindəki adlar bunlardır:

1- Jude Bellingham (Real Madrid) – 280.4 milyon avro
2- Erling Haaland (Manchester City) – 255.3 milyon avro
3- Vinicius Junior (Real Madrid) – 240.8 milyon avro
4- Rodrygo (Real Madrid) – 220.7 milyon avro
5- Phil Foden (Manchester City) – 203.8 milyon avro
6- Bukayo Saka (Arsenal) – 195.2 milyon avro
7- Julian Alvarez (Manchester City) – 168.4 milyon avro
8- Lamine Yamal (Barcelona) – 140.8 milyon avro
9- Martin Odegaard (Arsenal) – 135.6 milyon avro
10- Florian Wirtz (Bayer Leverkusen) – 133.8 milyon avro
11- Gabriel Martinelli (Arsenal) – 127.1 milyon avro
12- Cole Palmer (Chelsea) – 126.4 milyon avro
13- Federico Valverde (Real Madrid) – 124.3 milyon avro
14- Rasmus Højlund (Manchester United) – 123.7 milyon avro
15- Jamal Musiala (Bayern Münih) – 120.5 milyon avro
90- Arda Güler (Real Madrid) – 67.9 milyon avro