Köç başladı: Qoyunçuluq təsərrüfatları yaylaqlara köçürülür

Bu il tərkibində ən azı 200 heyvan olan qoyunçuluq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçünün təşkili nəzərdə tutulub.

İndex.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yaylaqlara köç edəcək hər bir heyvandarlıq təsərrüfatında qiymətləndirmə aparılacaq və təsərrüfatların məhsuldarlıq göstəriciləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, ötən il pilot layihə çərçivəsində heyvandarlıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi təmin edilib.