Qlobal neft tədarükü gündəlik 200 min barel azalıb

Qlobal neft tədarükü kəskin azalıb

İndex.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IAA) yaydığı məlumata görə, qlobal neft hasilatı aprel ayında mart ayı ilə müqayisədə gündəlik təxminən 200 min barel azalaraq 102 milyon barelə düşüb.

Bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 530 min barel olaraq qeyd edilib.

Belə ki, OPEC-in ötən ay ümumi neft hasilatı gündəlik 32 milyon 500 min barel olub.

OPEC-ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik 310 min barel azalaraq 69 milyon 560 min barelə çatıb.