2022-ci ilin mart ayından bu günədək Azərbaycanda illik inflyasiya tempində əhəmiyyətli dəyişiklik olmayıb.
İndex.az xəbər verir ki, bu barədə mətbuat konfrasında Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib. Bildirib ki, bu il mart ayında inflyasiyanın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərin ümumi səviyyəsi 12,4% təşkil edib. Aylıq inflyasiya isə 1,1% olub.
T.Kazımovun sözlərinə görə, martda ərzaq qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 16,8%, qeyri-ərzaq məhsulları 6,6%, xidmətlər isə 10% bahalaşıb.