Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Beləliklə, uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

İndex.az xəbər verir ki, bunu bu gün keçirdiyi ilk mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bəyan edib. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25%-dən saxlanıb.