Bu ilin birinci rübündə Azərbaycanda ölkə üzrə təbii qazın istehlakı 4 milyard 930 milyon 836 min kubmetr təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 1-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 169 milyon 794 min kubmetr və ya 3,6 % artıb.
Qeyd edək ki, 2023-cü ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4 milyard 761 milyon 042 min kubmetr təşkil edib