Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 17 min 644 metr qazma işləri həyata keçirilib.
İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 1-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə SOCAR qazma işləri 2 min 088 metr və ya 10,6 % azdır.
Xatırladaq ki, 2023-cü ilin birinci rübündə SOCAR tərəfindən 19 min 732 metr qazma işləri aparıb.