Mask “Tesla” üçün Çindən kritik məlumat təhlükəsizliyi icazəsi aldı

Amerikalı milyarder iş adamı İlon Mask Çindən mühüm məlumat təhlükəsizliyi icazəsi aldıqdan sonra paytaxt Pekini tərk edib.

İndex.az xəbər verir ki, Mask bazar günü Pekində baş nazir Li Qiang da daxil olmaqla yüksək səviyyəli rəsmilərlə görüşüb və həmin gün Musk “Tesla”nın ölkədə istehsal olunan modellərinin məlumat təhlükəsizliyinə cavab verən elektrikli avtomobillər siyahısına daxil edilməsini təmin edib.

“Bloomberg”ə görə, ABŞ-ın elektrik avtomobil nəhəngi də xəritələr və naviqasiya xüsusiyyətləri üçün texnologiya nəhəngi Baidu ilə əməkdaşlıq edərək Çində köməkçi sürücülük texnologiyasından istifadə etmək üçün hökumətin təsdiqinə yaxınlaşır.