“ConsenSys” blokçeyn şirkəti SEC-ə qarşı iddia qaldırıb

“ConsenSys” blokçeyn şirkəti SEC-i məhkəməyə verib.

İndex.az xəbər verir ki, ABŞ-ın Texas ştatının Şimal dairəsi üzrə Dairə Məhkəməsinə verilən işdə SEC və qurumun prezidenti Qari Gensler müttəhimlər qismində çıxış ediblər.

“ConsenSys”, SEC-in kripto sektoruna yanaşmasını səhv və aqressiv olaraq şərh edib.

Bundan əlavə, SEC “ConsenSys” tərəfindən hazırlanmış “MetaMask” kripto pul kisəsi və bu platformada edilən “Ethereum” satışlarına qarşı araşdırmasını davam etdirir.

“ConsenSys” isə qisas almaq və SEC-in mümkün sanksiyasının baş tutmaması üçün məhkəmənin qərar verməsini istəyir.