“Tesla”nın xalis mənfəəti 2 dəfə azalsa da, səhmləri 10% artdı

Şirkət bu il satışların artacağını və 2025-ci ilin əvvəlində daha qənaətcil modellərin bazara təqdim ediləcəyini elan etdikdən sonra “Tesla” səhmləri 10 faiz bahalaşıb.

İndex.az xəbər verir ki, ABŞ-da yerləşən elektrikli avtomobil istehsalçısı “Tesla”, bu ilin ilk rübü üçün balans hesabatında dünən açıqladığı xalis mənfəətinin keçən ilin eyni dövrü ilə müqayisədə 55 faiz azaldığını açıqladı.

Bunun səbəbi kimi qlobal satışların azalması və qiymət endirimlərinin təsiri göstərilib.

Şirkətin gəlirləri bu ilin birinci rübündə ötən illə müqayisədə 9 faiz azalaraq 21,3 milyard dollara düşüb.